Tanınmış türkiyəli aktrisa Beren Saat icazəsiz olaraq şəkilindən istifadə olunduğu üçün məhkəməyə müraciət edib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki , Beren GSM şirkətinə 220 min TL (85 min AZN) təzminat iddiası açıb. Məşhur aktirsa “Fatmagülün Suçu Ne?” serialındakı səhnədən icazəsiz olaraq istifadə edildiyini bildirib.
O, ayrıca orijinal səhnədəki körpünün silinib əvəzində tablet kompüterin artırıldığını və bununla imicinin pozulduğunu iddia edib.
Aktrisa 20 min TL mənəvi, 200 min TL isə maddi təzminat tələb edib.
Teleqraf.com fotoları təqdim edir :
Rüstəm