8 Aprel 2021 14:43
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan müğənni Səidə Sultana cavab verib.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan Səidə Sultanın arxiv videosunu İnstaqramda hekayə bölümündə paylaşaraq kinayə ilə "Səidə ilə 1980-ci illərə dönəkmi? Bu gün ilk dəfə izlədim, çox bəyəndim. Gözəl işdir və zəhmət var" - deyə, qeyd edib.

Qeyd edək ki, Səidə Sultan Röya Ayxanın ünvanına belə bir status yazmışdı: "Nə olsun ki, xalq artistisən. Səhnəyə əlindən tutub, gətirənlər olub. Mənim əlimdən tutan olmayıb. Ay qızlar, ay xalalar, ay bacılar, ay analar, məni siz səhnəyə gətirməmisiniz! Ayılın. Cığırı açan Allahdır, mən öz gücümə Səidə Sultan olmuşam".


Müəllif: Rəqsanə Həsənova