10 Aprel 2021 22:42
1 511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur aktrisası Fəxriyyə Evcən məşhur markalardan birinin reklamı üçün kamera qarşısına keçib.

Teleqraf.com xəbər verir ki, mətbuat nümayəndələrinin suallarını cavablandıran Fəxriyyə Evcən həyat yoldaşı Burak Özçivit və oğlu Karan haqqında səmimi açıqlaması ilə diqqət çəkib.

Aktrisa oğlu Karanla çox vaxt keçirdiyini açıqlayıb: "Əsas məsələm oğlumla əylənməyə vaxt ayırmaqdır. Uşaq sevilməli və oynamalıdır. Mən onunla keyfiyyətli vaxt keçirirəm və çox oyun oynamağa çalışıram".

Aktrisa Burak Özçivitin yaxşı ata olduğunu deyib: "Kömək baxımından çox şanslıyam. Körpənin məsuliyyəti anaya aiddir, ancaq çətin anlar ola bilər. Atanın da kömək etməsi vacibdir. İki ildir yuxusuz yaşayıram".

Ekrandan uzaqlaşan aktrisa yeni layihələrə başlayacağını da deyib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər