10 Aprel 2021 18:36
1 741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusa yoluxan aparıcı Aytən Səfərova yüksək təzyiqdən əziyyət çəkdiyini deyib.

Teleqraf.com xəbər verir ki, Aytən Səfərova İnstaqamda video paylaşaraq bu sözləri qeyd edib:

"Hazırda yüksək təzyiqdən əziyyət çəkirəm. Bu məni çox narahat edir. Evdə həkim nəzarətindəyəm. Təzyiq mənə pis təsir edir. COVID 19-a yoluxanlar bilirlər ki, bu virus qanı qatılaşdırır. Ona görə də xəstələrə qandurulducu vasitələr vurulur. Qanım qatı idi. Nəticə etibarı ilə bu problemlər məndə təzyiq problemləri yaradıb. Təzyiqim yuxarı qalxır, aşağı düşür. Ayağa qalxdıqda sanki hər şey üstümə gəlir. Bir ara düzəldim, amma indi fəsadlarını hiss edirəm. Ona görə həkimlərimiz sağ olsunlar, məni nəzarətdə saxlayırlar. Ümid edirəm ki, yaxın dörd-beş gün ərzində sağalacam və tezliklə ayağa qalxacam. Bir az öskürək qalıb, bu da COVID- 19-dan sonra olan bir haldır. Həyat yoldaşım və mən kəfəni yarıb çıxdıq, hazırda qaynanam Abşeronda modul tipli xəstəxanadadır. Dəstək olan hər kəsə təşəkkür edirəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər