Rəqqasə Fatimə Fətəliyeva aparıcı Mətanət Əliverdiyevanın aparıcılıq etdiyi "6/8" axşam şousunda açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com-un xəbərinə görə, yaxın günlərdə Rusiyada toy mərasimindən qayıdan rəqqasə müğənni Rəqsanə İsmayılovanın cavabını verib:
"Artıq Rəqsanə İsmayılova orada öz sevgisini qazanıb. Kaş tənqid etdiyi adamların özlərinə zəng edib, sözünü deyərdi. Özünü Rusiyada apara bilməyən bir nəfərə görə hamımızın adı pisə çıxır. Axı, niyə Rusiyada yaşayan həmvətənlərimiz desin ki, filankəs mənim məclisimə gəlib, həyat yoldaşımla başqa hərəkətlər edir?.."
Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova yaxın günlərdə Rusiya toylarında iştirak edən azərbaycanlı müğənnilər haqqında ittihamlar səsləndirib: "Damağınızda siqaret, kişilərin qucağında oturursuz. Siqareti kişi çəkər. Şadlıq saraylarından çıxıb, başqa yerlərə deyil, evinizə gedin".