15 Aprel 2021 15:13
1 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri doğum günündə yeni klipini və fotosessiyasını təqdim edib.

Teleqraf.com xəbər verir ki, sənətçi sözləri Azər Şirinə, musiqisi Tərlan Məmmədhüseynova aid “Hərdən bir” adlı mahnısını ekranlaşdırıb.

Klipi rejissor Emin Muradov və Elimaxography birlikdə ərsəyə gətirib.

“Bu klipi ad günümdə özümə və sizə hədiyyə edirəm. Həyatımızda “Hərdən bir” yox, hər zaman xoşbəxtlik və uğur bizimlə olsun”- deyə, Nura Suri bildirib.

Sənətçi klipdə model Nicat Ələkbərli ilə kamera qarşısına keçib.

Fotoları Telman Heybətov çəkib.


Müəllif: Rəqsanə Həsənova