Məşhur avstraliyalı model Miranda Kerr “Elle” jurnalının yeni buraxılışı üçün fotosessiya etdirib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Miranda keçmiş həyat yoldaşı Hollivud ulduzu Orlando Blumu hələ də sevdiyini etiraf edib. Miranda deyib ki, ayrı yaşamalarına baxmayaraq, onların hər ikisi üçün 3 yaşlı oğulları Flippin xoşbəxtliyi əsasdır:
“Biz boşansaq da, hazırda yaxşı dostuq. Qayğımıza qalırıq və səmimi qəlbdən bir-birimizə xoşbəxtlik arzulayırıq”.
Qeyd edək ki, Miranda ötən həftə milyarder Stiv Binqlə görüntülənmiş və onun Malibudakı mənzilində qalmışdı.
Teleqraf.com modelin fotolarını təqdim edir:
Rüstəm