Xəbər verdiyimiz kimi müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddin Musazadə ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
Müğənninin köməkçisi Teleqraf.com-a açıqlamasında Xatirə İslamın səhhətindəki son vəziyyət haqqında məlumat verib:
"Xatirə xanımın səhhəti yaxşıdır. Səhhəti pisləşdiyinə görə axşam xəstəxanaya yerləşdirildi. Xatirə xanımla müqayisədə həyat yoldaşı xəstəliyi daha çətin keçirir".