Xalq artisti Aftandil İsrafilov müğənni Roza Zərgərlinin adına musiqi bəstələyib.
Teleqraf.com xəbər verir ki, "Qızılgül" adlanan musiqini qarmon ifaçısı və sənətçi bu günlərdə studiyada yazdırıblar.
"İllərdir Aftandil İsrafilov sənətdədir, nə qədər ifaçı ilə çalışıb. Bir çox qadın adına rəqs musiqiləri bəstələyib. Amma sənətdə olan heç bir qadının adına mahnı həsr etməyib. Studiyada mahnını yazdıranda Aftandil müəllimdən xahiş etdim ki, adını dəyişib "Xarı bülbül" edim. O da razılaşdı", - deyə Roza Zərgərli söyləyib.
Müğənni bildirib ki, musiqi yaxın günlərdə təqdim olunacaq.