19 Aprel 2021 10:04
1 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Flora Kərimova qalmaqallı açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Flora Kərimova İnstaqram səhifəsində bu sözləri yazıb: "Kütlə" o qədər cahildir ki, dilimizi rəzilliyə apardığınız kimi mənasını da başa düşməkdə çətinlik çəkirsiniz. Birinci, onuncu, heç yüzüncü də deyil, bu cür çirkab kampaniyalardan alnı açıq çıxmışam. Yazmağa bir şey tapmadınız? İndi də Allahın qibləsini tanımayan məni 80 yaşımda "Allahsızlıqda" günahlandırır.

Yaradanla Allah arasında fərqi görmürsünüzsə, bu, sizin savadsızlığınızdır. Bir tikə çörək üçün kişiliyinizi, vicdanınızı, ləyaqətinizi, qeyrətinizi tapdamaq yarışına girmisiniz. Sözümü dəyişib, məni savadsız kütlənin qarşısına, söyüşünə tuş etdiniz. Sonra bundan pul qazanıb, evdəki övladlarınızı yedirirsiniz. Bəs, sonra... Nuş oldu? Bəs, sən Allah dediyin varlıqdan qorxmadın?!

Məni başa düşmək üçün sizin nə yaşınız, nə dünyagörüşünüz, nə intellektiniz, nə də savadınız çatar. Heç olmasa Flora deyəni elə təhrif edərdiniz ki, min nəfər inansın. Yaradan "sən"ləri o qədər cılız yaradıb ki, ac qalmamaq üçün mənim təhrif edilmiş cümləmə möhtacdırlar. Dünən biri ölür, tanımadan, bilmədən şərhlərdə nələr yazırsınız. Artıq o həddə çatmısız ki, Allahın qədərinə, yazdığı taleyə, ölümlə lağ-lağa edirsiniz, şərh yarışına çıxırsınız. Görək kim daha yaxşı təhqir yazıb, şərh tutacaq. Bu həyatda sizin nədən sığortanız var?

Özündən əminsən, bəs övladlarından da qorxmadın ki, bu qınağa görə Allah başına daş salar? Virtual qeybətin aludəçiləri, rəzalət içindəsiniz. Yaradan sizi bağışlayacaq?! Bəli, demişəm "Yaradan hər kəsi bağışlasaydı, cəhənnəmi yaratmazdı".

Yaradan mənə haqq veribsə, haqqımı çeynəyənlərə halal etmirəm. Təəssüf ki, günahlarınızı başa düşəcək şəkildə yaradılmadınız. Təkəbbür, kibr, riyakarlıq içindəsiniz. İndi gedin, bu müqəddəs ayda namaz qılın, tövbə edin.

Mən ömrümü boşuna yaşamadım. Millətimin, xalqımın, insanların və ən əsası yaradanımın yanında kimliyimi, sədaqətimi xırdalamadım. Bu Ramazan ayında "it ovçularından" gizlədib, bağımda bəslədiyim küçə itlərinin savabı mənim bəsimdir. "Sən"lərin duası olmasa da olar!"








Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər