21 Aprel 2021 16:09
1 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti Ağadadaş Ağayev Türkiyənin İstanbul şəhərində özəl klinikaların birində əməliyyat olunub.

Teleqraf.com xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran məlumat verib.

O, xalq artistinin bu gün əməliyyat masasına uzandığını bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Ağadadaş Ağayevin Türkiyədə xəstəxanaya yerləşdirilməsi haqqında xəbər yayılmışdı.


Müəllif: Rəqsanə Həsənova