"Mən harda, nəyi, necə danışmaq lazımdır, bilirəm. Hamı mənə ağıl verən çıxıb. İkincisi hamı çıxıb deyir ki, mən deyiləm. Bunu deməyə nə ehtiyac var?! Sən deyilsən, otur yerində".
Teleqraf.com xəbər verir ki, bu sözləri İnstaqram səhifəsində müğənni Rəqsanə İsmayılova yazıb.
Rəqsanə İsmayılova Rusiyada toy mərasimlərində iştirak edən müğənnilərin onun ittihamlarını inkar etməsinə münasibət bildirib: "Söhbətin kimlərdən getdiyini özləri lap yaxşı bilirlər. Hər birimizin həyatında səhvi olub. Mənim də səhvim olub, amma bundan sonra olmasın. İnşallah, gedib-qayıdarlar, deportasiya olmazlar. Artıq yeni mövzuya keçin".
Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova yaxın günlərdə Rusiya toylarında iştirak edən azərbaycanlı müğənnilər haqqında ittihamlar səsləndirib: "Damağınızda siqaret, kişilərin qucağında oturursuz. Siqareti kişi çəkər. Şadlıq saraylarından çıxıb, başqa yerlərə deyil, evinizə gedin".