22 Aprel 13:35
1 975

Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə bir günlük aparıcılıq etdiyi verilişi bağlanan Zaur Baxşəliyev sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Zaur Baxşəliyev İnstaqramda ağsaqqal obrazında video paylaşıb.

O, sabiq millət vəkili Hüseynbala Mirələmova da söz atıb: "Zaur, bir günlük də olsa dincəldin? Keçmiş deputat, videosu yayılan Hüseynbala Mirələmov ilə yaxın dostam. Sadəcə mən tanınmışları, o, tanınmayanları xoşlayır".

Qeyd edək ki, ATV-də yayımlanan "Bizimləsən" verilişinin yayımı bir günlük dayandırılıb.



Müəllif: Rəqsanə Həsənova