Türkiyənin məşhur futbolçusu Arda Turanın həyat yoldaşı Aslıhan Doğan Turan Yutub kanalında Mert Vidlinin qonağı olub.
Teleqraf.com xəbər verir ki, Aslıhan Doğan Turan ailəsi haqqında etirafı ilə diqqət çəkib: "Hər gün saat 7-də oyanıram, axşam saat 22:00-da yatıram. Mətbəx işlərində bacarıqlı olmağa çalışıram. Ailəmə bağlı insanam.
Hər zaman Ardanın ailəsi ilə birlikdə olmağa çalışıram. Uşaqlarım nənə-babası ilə çox gözəl vaxt keçirirlər. Onları izləmək çox xoşuma gəlir".
Qeyd edək ki, Arda Turanla Aslıhan Doğan Turanın iki övladı var.