Türkiyəli müğənni Doğuş həmkarı Bilal Sonsəsi məhkəməyə verib.
Teleqraf.com xəbər verir ki, Doğuş həmkarını ona aid mahnını təqlid etməkdə günahlandırıb. O, 5 qəpik dəyərində təzminat istəyib.
Doğuşun vəkili tərəfindən təqdim edilən şikayət ərizəsində Bilal Sonsəsin "Elin olamam" mahnısının Doğuşun "Bunun adına yürek derler" mahnısı ilə eyni olduğu vurğulanıb.
Qeyd edək ki, Doğuş aparıcı Xoşqədəm Hidayətqızı ilə evlidir. Cütlüyün əkiz oğulları var.