"Palmali Holding”in qurucusu Mübariz Mənsimov əməkdar artist Baloğlan Əşrəfovun ölümündən yazıb.
Teleqraf.com xəbər verir ki, Mübariz Mənsimov sosial şəbəkədə Baloğlan Əşrəfov haqqında bu sözləri yazıb:
"Dəyərli dostum, əziz qardaşım... Bu gün fani dünyanı tərk etdin. Allah sənə rəhmət eləsin, sədaqətli qardaşım. Azərbaycan incəsənətinə öz imzasını ata bilən sənətkarımız. Ata və anamın gəncliyi... O gözəl səsinlə ifa etdiyin mahnılar heç vaxt unudulmayacaq. Bu o deməkdir ki, sən ölmədin, hər zaman qəlbimizdə yaşayacaqsan. Rahat yat, əziz dost... Ruhun şad olsun".