27 Aprel 2021 14:40
4 447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Vüqar Əhməd əməkdar artist Baloğlan Əşrəfov haqqında danışıb.

Vüqar Əhməd Teleqraf.com-a açıqlamasında əməkdar artistin xəstəxanaya getmədiyini deyib:

"Tez-tez Baloğlana zəng edirdim. Hər dəfə deyirdi ki, hər şey yaxşı olacaq, amma boğula-boğula danışırdı. Mən də nigaran qalırdım. Dünən saat 8-də yenə zəng elədim. Nəfəsi gəlmirdi, dedi ki, həkim yanındadır. Dedim, Baloğlan, xəstəxanaya get, Niyammədin Musayev Neftçilər Klinikasına yerləşdirilmişdi, indi səhhəti yaxşıdır. Hər gün eyni sözləri dedi ki, yox, həkimlər evə gəlirlər.

Bütün dostları eyni sözləri deyirmişlər, xəstəxanaya getmirmiş. Mənə dedi ki, kanalların birində bir müğənnidən yoluxub, adını qeyd etmədi. Müğənni ona deyəndə ki, koronadır, bərk qorxub.

O müğənni cinayət edib, bu vicdansızlıqdır. Əyalətdə yaşayan müğənni imiş. Aparıcı mikrofonu ona da, buna da uzadıb. Çəkilişdən sonra axşam evə gəlib, halı dəyişib. Dünən 15-ci gün idi virusa yoluxmuşdu. Xəstəxanaya getmədi. Onun qara ciyərini dəyişmişdilər, şəkəri var idi. 25 il idi ailəvi dostluq münasibətimiz var idi. Etibarlı dost idi, Allah rəhmət eləsin..."


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər