27 Aprel 2021 14:54
2 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə əməkdar artist Baloğlan Əşrəfovun ölümünə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə İnstaqramda Baloğlan Əşərfovun fotosunu paylaşaraq bu sözləri qeyd edib:

"Bu da son! Ömrün harada bitəcəyini heç kim bilmir. Allah sizə rəhmət eləsin! İtirdiklərimiz qazandıqlarımızdan çox oldu. Məni bu dünyadana aparmaq üçün tufanlı leysan, karvan gələcək. Səni də tufanlar apardı, sənətkar!

Nədənsə heç inanmaq istəmirəm. Sizə həsəd apardım. Bu fani dünyadan haqq dünyasına gedən qədəmləriniz mübarək! Rahat yat, cənnətlik ol! Sıra məndədir, çox yorulmuşam. Cənnətdə görüşərik, onsuz da yaşamağın mənası yoxdur. Gözlərimizin yaşı heç qurumur".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər