Müğənni Xatirə İslam "Bizimləsən" verilişinə "skayp" vasitəsilə canlı bağlanıb.
Teleqraf.com xəbər verir ki, Xatirə İslam koronavirusu yoluxmasında danışıb: "Səhhətim çox pis deyildi, amma həyat yoldaşım Fəxrəddin evdə özü müalicə aparmışdı. Ona görə onda natahatçılıq var idi. Fəxrəddinə görə narahat idik.
Məndə də virusun fəsadları qalıb, öskürürəm. Fəxrəddin dünən özünə gəlib. Deyir ki, sanki başqa planetdən gəlmişəm. Başa düşmürəm, nələr baş verir. Mənə heç nə maraqlı gəlmir. Mən özüm də eləyəm.
İnsan fərqli olur. Heç kimə vurusa yolxumağı arzulamıram. Fəxrəddinin qanında oksigen düşmüşdü, hələ ki işə çıxmır. 14 gün karantindəyik. Həyat yoldaşım qandurulducu iynə əvəzinə qanlaxtalandırıcı iynə vurub. Ürəyi narahat insandır. Təcili yardım gələnə qədər kürəyinə çox vururam ki, ürəyinə tromb getməsin".
Müğənninin həyat yoldaşı Fəxrəddin Musazadə isə deyib ki, insan sanki virusa yoluxduqdan hər şeyə yenidən başlayır...