29 Aprel 2021 15:20
2 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan ARB-də yayımlanan "Səhər-səhər" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan növbəti etirafı ilə diqqət çəkib: "Hətta öz baxıcıma belə əsəbləşəndə gecə bilet alıb, Türkiyəyə gedirəm. Deyirəm, məndən ötrü evdə darıxsınlar. Ya da səhər yuxulu-yuxulu oyadırlar, cavab verirəm ki, getmirəm. Deyirlər ki, bilet getdi... Hər şeyə reaksiya verirəm. Nə qədər desəm də ki, təmkinli olmalıyam...".

Röya Ayxan bir çox problemləri dostlarına görə yaşadığını da bildirib: "Bu günə qədər bütün problemləri dostlarıma görə yaşamışam. Heç kim fikir verməyib. Mənfilərim üzdə olub. Ona görə mən bu sənətə yeni gələn insanların yanında olmaq istəyərəm ki, onu qoruyum. O ulduz olanda deməsinlər ki, filan hərəkəti etmişdin".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər