4 May 2021 15:20
2 795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi 55 yaşlı müğənni Aslan Hüseynov avtomobil qəzasında dünyasını dəyişib.

Müğənninin yaxın dostu İbrahim Borçalı Teleqraf.com-a açıqlamasında Aslan Hüseynovun cənazəsinin Gəncəyə aparıldığını bildirib: "Sabah Gəncədə anasının dəfn olunduğu qəbiristanlıqda torpağa tapşırılacaq".

Qeyd edək ki, Aslan Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi “BMW” markalı avtomobillə qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobili ilə toqquşub.




Müəllif: Rəqsanə Həsənova