Müğənni İbrahim Borçalı ötən gün avtomobil qəzasında vəfat edən həmkarı və dostu Aslan Hüseynovun ailəsindən danışıb.
İbrahim Borçalı Teleqraf.com-a açıqlamasında Aslan Hüseynovun həyat yoldaşının çox pis vəziyyətdə olduğunu deyib: "Xanımı çox pis haldadır, ölümü qəbul edə bilmir. Çox çətindir. Uşaqlarına baxanda insanın qəlbi sızlayır..."
Qeyd edək ki, Aslan Hüseynovun iki övladı var.