Həyat yoldaşından boşanan İvana Sərt onun dostu, iş adamı Sinan Akımanla ailə qurmağa razılıq verib.
Teleqraf.com “Hürriyət”ə istinadən xəbər verir ki, modelyer baş vermiş mədən faciəsi səbəbindən təmtəraqlı ad günü məclisi keçirməyib.
Modelyer gecədə sürprizlə qarşılaşıb. Belə ki, sevgilisi S.Akıman İvanaya evlilik təklifi edib. O, modelyerə 20 min dollar dəyəri olan üzük bağışlayıb. Sevincindən ağlayan İ.Sərt “O, mənim ərim və həyatımdır” deyərək təklifi qəbul edib.
Qeyd edək ki, ad günü partisində cütlüyün övladları da olub.
Teleqraf.com fotoları təqdim edir :
Rüstəm