8 May 2021 22:00
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

İ̇ctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2021” beynəlxalq mahnı müsabiqəsindəki şərhçilərinin adını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, şounun Azərbaycan üzrə şərhçiləri müğənni Murad Arif və aparıcı Hüsniyə Məhərrəmova olacaq.

Qeyd edək ki, Murad Arif bundan əvvəl də müsabiqənin şərhçisi, Hüsniyə Məhərrəmova isə yarışmanın Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri olub. “Open up!” şuarı ilə reallaşacaq müsabiqənin yarımfinal mərhələləri mayın 18-i və 20-də, final mərhələsi isə 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcək.

“Eurovision-2021”-də təmsilçimiz Samirə əfəndi “Mata Hari” mahnısı ilə birinci yarımfinalda çıxış edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər