10 May 2021 21:36
2 979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Kərim Abbasov məhkəmədə qalib gəlib.

Teleqraf.com xəbər verir ki, Oqtay Əliyev qardaşı Elçin Əlibəylinin ünvanına kəskin sözlər bildirdiyi üçün müğənni Kərim Abbasovu məhkəməyə vermişdi.

Müğənni İnstaqram səhifəsdə məhkəmənin qərarını açıqlayıb: "Oqtay Əliyev, haqq-ədalət öz yerini tapdı. Məhkəmənin qalibi yenidən mən oldum. Apelyasiya mənim xeyrimə qərar verdi. Yenə də arzunuz ürəyinizdə qaldı. Siz məni məhkəməyə yox, çalışdığınız kanallara qadağa qoymağa davam edin. Bəlkə onunla özünüzə rahatlıq tapdınız".

Qeyd edək ki, Kərim Abbasovla aparıcı Elçin Əlibəyli arasında uzun müddətdir qalmaqal yaşanır.


Müəllif: Rəqsanə Həsənova