15 May 2021 18:16
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur aktrisası Nebahat Çehre Nişantaşında görüntülənib.

Teleqraf.com xəbər verir ki, Nebahat Çehre mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Aktrisa ana rollarında oynamaqdan bezdiyinə görə serial təkliflərindən imtina etdiyini açıqlayıb: "Mənə uyğun bir rol olsa, ekrana qayıdacağam. Əks halda bu şərtlər altında qayıtmaq fikrində deyiləm. Fərqli bir obraz gözləyirəm. Klassik ana obrazından çıxmaq istəyirəm. Bu yaşda qadınlar cəmiyyətdə nə qədər faydalı peşələrə sahibdirlər? Klassik, evdə yaşayan, oğluna və gəlininə qarşı hökmran olan ana olmaqdan bezmişəm. Qeyri-adi rollar istəyirəm. "

Aktrisa sosial şəbəkədə izləyicisi çox olan aktyorların seriallara dəvət edilməsinə də münasibət bildirib: "Serial və kino sahəsində gözəl görünüşə və yaraşıqlı olmağa tələbat var. O zaman bütün qapılar sənin üzünə açılır".

Nebahat Çehre istirahət planından da danışıb: “Tətil üçün kirayə evlərə çox pul, ayda 100 min lirə istəyirlər. Mənim bağ evim yoxdur. Rəfiqəmin bağ evi var".


Müəllif: Rəqsanə Həsənova