20 May 2021 17:15
3 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Əli Mirəliyevin qızı Samirə ARB-də yayımlanan "Onun sirri" verilişində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, o, mərhum xalq artisti İlhamə Quliyevaya məxsus mirasın ögey bacılarına qalmasından danışıb: "İlhamə xanım rəhmətə gedən gün evdə atmosfer yaxşı deyildi. Bacıları da sonradan gəldilər. Evdə hamısı sualla gəzirdilər ki, nə harada gizlədibilib?! Bilmirdilər, çünki evə gediş-gəliş olmamışdı. Evə mən, oğlu Orxan Nadirov və qızım gəlirdi.

Adlarını çəkmək istəmirəm, hansı ki, uzaqlaşmışdılar, öləndən sonra gəldilər. Mən onlara dedim ki, qohum-əqrəbada kasıb çoxdur. Onun da bir vəsiyyəti var idi ki, dünyadan köçdükdən sonra mirası kasıblara, əsgərlərə, uşaq evlərinə verilsin. Qızıllardan isə nə varsa, qohumların hərəsinə biri verilsin. Hər ailədə ondan yadigar nəsə qalar. Buna çox pis münasibət bildirdilər. İlhamə xanımdan mənə yalnız xarici pasportu qalıb".

Əli Mirəliyevin qızı İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun əməkdar artist Firuzə İbadovaya borcundan da danışıb: "Firuza İbadovaya pul borclu idilər. Dedim, heç olmasa onun pulunu verin. Borcu vermədilər, onun (Firuzə İbdaovanın-red.) böyük ürəyi var, pulu bağışladı. Pulu da İlhamə xanım yox, Orxan almışdı. O məsələdə Orxanın da günahı yox idi. Səhv etmirmsə, borc yeddi minə yaxındır. Onunla İlhamə xanımın əziyyətini çox çəkmişik".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər