21 May 2021 23:26
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Niyam Salami ARB televiziyasında aparıcı kimi fəaliyyətə başlayır.

Teleqraf.com xəbər verir ki, verliş "Salami şou" adlanır.

Əyləncəli xarakterli verilişdə Niyam Salami ilə yanaşı Eldəniz İsrafilov də aparıcılıq edəcək.

Verilişin ilk qonağı müğənni Rəhim Rəhimli olacaq.

"Salami şou" mayın 31-də saat 23:05-də efirə çıxacaq.


Müəllif: Rəqsanə Həsənova