Müğənni Şəbnəm Tovuzlu ARB televiziyasında yayımlanan "Onun sirri" verilişində etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu həyat yoldaşı Hacı Ramilin ona sevgisindən danışıb: "Hər qadına bu cür sevgi arzulayıram. Qarşısındakı insana həm sevgi, həm də dəyər verir. Onu qoruyur. Çünki sevib ailə qurmuşam.
Bəzən düşünürlər ki, onunla puluna və yaxud nəyinə görəsə ailə qurmuşam. Xeyr, mənim ondan öncə hər şeyim var idi. Hər şeyi kənara çəkib, onu seçmişəm. Bunu hamı bilir. Allahım şahiddir ki, onu dünyalar qədər sevirəm".
Daha sonra Şəbnəm Tovuzlunun xalası qızı isə bütün gizlinləri açıb. O, Hacı Ramillə Şəbnəm Tovuzlunun bir müddət ayrıldığını etiraf edib: "Şəbnəm xanımın evində böyümüşəm. Bizim münasibətimiz çox yaxşıdır. Şəbnəm xanımla həyat yoldaşının davaları ən çox qısqanclıq üzərində olur. Onlar bir gündən artıq ayrı qala bilmirlər. Qısqanclıq üzərində problem olmuşdu, boşanmaq həddinə gəlmişdilər.
Mən bunu gözləmirdim, çünki onların arasındakı sevgini bilirəm. Hər ikisi mənə ayrı qaldıqları müddətdə yazırdılar ki, o, neynir? Bilirdim ki, sevirlər, sadəcə bir-birilərini qəbullanmırlar. Şəbnəmin könlünü həyat yoldaşı aldıqdan sonra barışdılar".
Qeyd edək ki, Şəbnəm Tovuzlu ilə Hacı Ramilin Əli adlı oğlu var.