Müğənni Aytac Vidadiqızının həyat yoldaşı, türk iş adamı Canberk Coşqun ayrılıq iddialarını cavablandırıb.
Teleqraf.com xəbər verir ki, ABŞ-dan canlı yayıma qoşulan Canberk Coşqun "Elgizə izlə" verilişində boşanma xəbərlərini yalanlayıb: "Aytac Türkiyəyə gedib, oradan da Amerikaya gələcəkdi. Mən buraya gəldikdən bir həftə sonra pandemiya elan olundu, səfirliklər bağlandı. Aytacın Amerikaya gələ bilməməsinin səbəbi pandemiyaya görədir. Artıq hər şey düzələcək. Sənəd məsələsi həll ediləcək".
Qeyd edək ki, Aytac Vidadiqızı da türk həyat yoldaşından ayrılması haqqında yayılan xəbərləri də yalanlayıb.