Moskvada koronavirusa yoluxan əməkdar artist Mətanət İsgəndərli xəstəxanadan evə buraxılıb.
Teleqraf.com xəbər verir ki, o, İnstaqramda hekayə bölümündə gözəllik salonundan görüntü paylaşaraq sağaldığını bildirib.
Qeyd edək ki, koronavirusu ağır keçirən Mətanət İsgəndərli xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilmişdi.