Dələduzluqla üzləşən meyxanaçı-müğənni Namiq Qaraçuxurlu hüquq-mühafizə orqanlarına müraciət edəcək.
Teleqraf.com-un xəbərinə görə, hazırda klip çəkilişi üçün Türkiyədə olan meyxanaçı bu haqda İnstaqramda məlumat verib.
Onlayn fəaliyyət göstərən səhifə tərəfindən aldadılan meyxanaçı bu sözləri deyib: "Məlumat verdim ki, mənə qarşı dələduzluq ediblər. Azərbaycandan kənardayam. Baxmayaraq ki, rəsmi olaraq müraciət etməmişəm. Amma Azərbaycan polisi dərhal hərəkətə keçdi, hətta məni Türkiyədən tapdılar. Problemimin həll olunması üçün kömək etmək istədiklərini bildirdilər.
İnşallah, Bakıya gələndə hüquq-mühafizə orqanlarına rəsmi müraciət edəcəm. Buradan bir daha polislərimizə təşəkkür edirəm".