31 May 2021 20:30
1 992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Elgiz Əkbər "Onun sirri" verilişində etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Elgiz Əkbər illər əvvəl əməkdar artist Elxan Qasımov tərəfindən təhqirə məruz qaldığını deyib: "Elxan Qasımov vaxtilə mənə böyük mənəvi zərbə vurub, haqqımda təhqir dolu sözlər yazıb. Bu deyilənlərə anamın ağlaması, ürəyinə salması mənə çox pis təsir etdi. De ki, bu adamın aparıcılığı xoşuma gəlmir, fikirləri qeyri-münasibdir, kobuddur, çox gülür və sair. Mən o insana heç nə demədim".

Bir müddət əvvəl koronavirusa yoluxan Elgiz Əkbər həmin ərəfədə vəsiyyətnamə də yazdığını bildirib: "Nə qədər özümü qorudumsa, koronaya yoluxdum. Çox ağır və pis keçirdim. Xəstəxanada gördüm ki, üzüm o tərəflikdir. Vəsiyyətimi etdim, bunu açıqlamaq istəmirəm. Bu mənim ailə sirrimdim. Orqanlarmı da rəsmi olaraq bağışlayacam".

Aparıcı ətrafındakı həmkarlarını onu kasıb adlandırmaqda ittiham edib: "Nəyəsə görə bəzi həmkarlarım məni kasıb, yoxsul kimi qələmə verməyə çalışırlar. Amma o insanların diqqətinə çatdırmaq istəyirəm ki, Elgiz kasıb, acından ölən deyil. Varlı da deyiləm. Neçə ilin televiziya işçisiyəm. Mənə yaxın olan bəzi insanlar belə qələmə verirlər ki, bu acından öləndir, pulu yoxdur".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər