Yerli şou-biznes aləmində "Avropa prodüseri" kimi tanınan Sultan Mustafayev model biznesinə başlayır.
ANS PRESS-in məlumatına görə, prodüser bundan sonra azərbaycanlı modellərin Avropada təbliğatı ilə məşğul olacaq.
Mustafayev artıq Avropanın ən böyük model şirkəti ilə razılaşmağa gəldiyini deyir: "Bu gündən etibarən hər kəsin tanıdığı Avropa produsseri Sultan Mustafayev təzə bir sahəyə addım atacaq - modellik və model yarışması. Azərbaycan gənclərinin Avropaya və dünyaya çıxışı üzərində işləyəcəm. Modellərimizin dünyada təbliğatını təşkil edəcəm.
Və bu gün ilk olaraq Avropanın ən böyük model bürolarından biri olan "IMI" şirkəti ilə görüsdüm, onların məşqlərinə qatıldım. Doyunca söhbət elədik və yaxın zamanda işbirliyimiz haqqında müqavilə də imzalanacaq. Çox xoşuma gəldi bu günki məşqləri və gözəl layihələrlə çox yaxın bir zamanda Bakıda olacağıq".