1 İyun 2021 23:27
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Eldar Qasımov və 6 yaşlı Ömər Bəbirli 1 iyun Uşaqların Beynəlxaq Müdafiəsi günü üçün yeni mahnı və klip təqdim edib.

Teleqraf.com xəbər verir ki, mahnıda Ömərin simasında Eldarın uşaqlığı oxuyur. Klipdə də bui deya öz əksini tapıb. Mahnının musiqisi elə Ömərin valideynləri Bəbir və Ülviyyə Bəbirliyə, sözləri isə Nurlana Cəfərovaya məxsusdur.

Eldar Qasımov qeyd edib ki, uşaqlıq illəri həyatının ayrılmaz bir hissəsidir: "Çünki, uşaqlarda mən səmimiliyi, paklığı, dürüstlüyü görürəm, hansı ki, indiki dövrdə bunu tapmaq çox çətindir. Amma uşaqlarda bunu görəndə insanın ürəyi açılır. Mən hər zaman imkan daxilində mütləq uşaqlarla təmasda oluram, onlarla ünsiyyət qururam və bundan böyük bir enerji alıram. Bu mahnı Azərbaycan uşaqlarına olan bir töhvədir. Mən istəyirəm ki, bizdə uşaqlar üçün daha çox mahnılar yaransın, çünki uşaqlar cəmiyyətin elə bir hissəsidir ki, onlar hər şeyi gözəl, yaxşı görməlidirlər. Belə olan halda onlar həyata sevgi ilə böyüyəcəklər. Bu çox vacibdir. Klipə gəldikdə isə orada sadəcə mən və Ömər var. Ömər mənim uşaqlığımı, mən isə onun gələcəyini xatırladıram. Belə bir ruh mübadiləsini göstərməyə çalışmışıq."

Klip HAK mediaproduction tərəfindən hazırlanıb. Rejissor Könül Əlizadə, operator Orxan Qurbanov, montaj rejissoru isə Elnur Ehtiramoğludur.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər