3 Noyabr 2014 07:44
1 567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin yarçılpaq halda at üstündə şəkil çəkdirərək paylaşmasına amerikalı aktrisa Çelsi Hendler cavab verib.

Teleqraf.com-un xarici mediaya istinadən məlumatına görə, Putin kimi eyni vəziyyətdə yarçılpaq şəklini paylaşan aktrisanın bu fotosu, sinəsi açıq olduğundan instaqramın senzurasına məruz qalıb.

Hendler, “Putindən daha yaxşı bədənim olduğunu sübut etmək hüququm var” qeydi ilə şəklini bir daha paylaşsa da şəkil paylaşma şəbəkəsi onun fotosunu yenidən silib.

Sonunda əsəbləşən 39 yaşlı aktrisa, “Bu gender bərabərliyinə ziddir. Putindən daha yaxşı bədənim var. Kişilərin sinəsində problem yox, qadınların sinəsində var. 1825-ci ildəyik?” qeydi ilə instaqram səhifəsini basğlayıb. /anspress.com/



Müəllif: