5 İyun 2021 23:45
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Gülyaz Məmmədova ailəsinin dağılma səbəbindən danışıb.

Teleqraf.com xəbər verir ki, "Zaurla Günaydın" proqramında qonaq olan müğənni sənətdən çox ailəyə önəm verdiyi söyləyib:

"Mənim üçün əsas ailədir. Ailəli olanda 3 il sənətdən getdim. Bizim ayrılığımıza sənət səbəb olmadı. Xasiyyətinə görə ayrıldıq. Ərə gedəndə 23 yaşım var idi. Amma heç vaxt sənəti atmağıma peşman olmadım".

"Oğlunu niyə evləndirmir" sualına Xalq artisti "İstəyirəm. "Arşın mal alan"dakı kimi axtarışa çıxmışam. Namizədim var, gözaltı etmişəm. Elə ikimizin də seçimidir", - deyə cavab verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər