Müğənni Elnarə Xəlilova "Dəyişən cavab" verilişinə qonaq olub.
Teleqraf.com xəbər verir ki, Elnarə Xəlilova həyat yoldaşı Rövşən Cahangirovla ailə qurmasından danışıb: "Mənim üçün birinci yerdə ailəmdir, gördüyüm iş yox... Hər şeyi vaxtında etdim, vaxtında ailə qurdum. Övladlarımı dünyaya gətirdim. 15 ildir ailəliyəm".
Müğənni Anar Ağakişiyevin "Həyat yoldaşınız hər zaman sizi dəstəkləyir?" sualına isə "Xeyr, dəstəkləmir... Hər zaman mənə deyir ki, verilişlərə get, mahnını oxu gəl, danışma", - deyə cavab verib.
İfaçı həyat yoldaşından boşanması haqqında yayılan xəbərlərə də münasibət bildirib: "Hər ailədə söz-söhbət olur. Ümumiyyətlə, hər bir ailə böhran yaşayır və boşanma həddinə gəlir. O zaman sadəcə böhranı keçməyi bacarmaq lazımdır. Ya səbr etməlisən, ya da boşanacaqsan. Evliliyimizdən üç ay sonra saytlarda yazdılar ki, artıq boşanmışıq. Həvəslə bizim boşanmağımızı gözləyənlər var idi, amma Allaha şükür, o həddə çatmamışıq".
Elnarə Xəlilova həmkarı Röya Ayxanla münasibətindən də danışıb: "Mənim Röya Ayxan və Natavan Həbibi ilə əlaqəm yoxdur, küsülü də deyiləm. Telefon nömrələri də məndə yoxdur. Onlara zəng etməyə ehtiyac duymuram. Mənim paxıllıq etməyim üçün səbəbim olmalıdır. Röyada nə var ki, məndə yoxdur?! İki ali təhsilim, dörd övladım, sənətim var. Üzbəüz gələndə hər ikisi ilə salamlaşıram. Düşmən deyiləm.
Dediyim kimi, onların məndə telefon nömrələri də yoxdur. Səhv etmirəmsə, Röya Ayxanın İnstaqram hesabında məni bloka atıb. Onun paylaşımlarını görmürəm. On ildir Röyanın məndə telefon nömrəsi yoxdur..."
Röya Ayxan isə verilişə telefonla qoşularaq Elnarə Xəlilova ilə küsülülüyə son qoyub: "Yeni evə köçmüşəm. Həyat yoldaşın Rövşənə də de ki, onun üçün darıxmışam. Görüşəcəyik. Ərini də qoltuğuna vur, gəl. İnstaqramda sən məni bloka atmısan. Adını tapa bilmirəm".