8 İyun 2021 23:54
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

TV 8 kanalının rəhbəri Acun Ilıcanın keçmiş həyat yoldaşı Şeyma Subaşı misirli sevgilisi, milyarder Muhammed Alsaloussinin fırıldaqçı olması ittihamlarını cavablandırıb.

Teleqraf.com xəbər verir ki, Şeyma Subaşı ittihamları qəbul etməyib: "Adamı fırıldaqçı etdiniz, belə hərəkət olar?! Ömrümdə bu qədər axmaq xəbərlər görməmişəm. O, çox ağıllıdır və hara investisiya qoyacağını bilir".

Qeyd edək ki, mətbuatda Şeyma Subaşının evlənməyə hazırlaşdığı sevgilisinin iş adamı olmadığı və on bir deyil, bir şirkətə sahib olduğu haqqında xəbərlər yayılıb.





Müəllif: Rəqsanə Həsənova