Xərçəng xəstəliyi ilə mübarizə aparan xalq artisti Ağadadaş Ağayevin Türkiyədə üçüncü əməliyyatı baş tutub.
Teleqraf.com xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran sosial şəbəkədə məlumat verib.
O, xalq artistinin əməliyyatının uğurlu keçdiyini açıqlayıb: "Dostum, qardaşım əməliyyatdan sağ-salamat çıxdı. Türkiyənin ən məşhur həkimlərinin iştirakı ilə baş tutan əməliyyat iki saat çəkdi. Çox şükür ki, Allah dualarımızı eşitdi. Hazırda səhhəti qənaətbəxşdir".
Qeyd edək ki, Ağadadaş Ağayev Türkiyədə özəl klinikaların birində əməliyyat edilib.