Türkiyədə yaşayan xalq artisti Azərin Avropa çempionatında iştirak edən türk millisi üçün mahnı ifa edib.
Teleqraf.com xəbər verir ki, qardaş ölkədə böyük maraqla qarşılanan mahnı "Canım Türkiyəm" adlanır.
Mahnının sözləri Hanefi Söztutana, bəstəsi isə Zümrüd Tağıyevaya aiddir.
Mahnı türk millisinin Bakıda baş tutacaq AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyununda səsləndiriləcək.
Azərin “Bu mahnıya duyğularımızı və dualarımızı əlavə etdik",-deyə qeyd edib.