Aparıcı Ülvira Qarayeva əməkdar artist Mətanət İsgəndərlinin müdafiəsinə qalxan məşhurlar sırasındadır.
Teleqraf.com xəbər verir ki, Ülvira Qarayeva sosial şəbəkədə bu sözləri yazıb:
"Mətanət İsgəndərlidən nə istəyirlər? Mətanət xanım onun əri idi? Oturub, xalqın mülkünün davasını edir. Mətanət xanım maşınını kiməsə hədiyyə edəndə ondan icazə almalı idi?! Boşanıb, dövlət aliment kəsib. Xalqın maşınına boşuna göz tikib. O, uşaqları şantaj üçün doğub?".
Qeyd edək ki, Canana əməkdar artistin oğlu Kərim ilə evli olub. Cütlüyün üç övladı var. Canana Kərimin qızını döydüyü üçün ondan ayrılıb. O, kirayədə yaşadığını və Kərimin aliment ödəmədiyini deyib.