14 İyun 2021 12:34
2 986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Damla Xəzər televiziyasında yayımlanan "Dəyişən cavab" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, o, keçmiş həyat yoldaşından ayrılmasının səbəbini açıqlayıb: "Çox az müddət bir yerdə yaşadıq, amma hər zaman demişəm ki, bu evliliyə görə peşman deyiləm. Çünki bu evlilikdən yaşama səbəbim olan oğlum var. Demərəm ki, niyə belə oldu?! Yaşandı, bitdi.

Bu gün də keçmiş həyat yoldaşımla aramızda "salam, sağ ol" var. Onunla görüşmürəm. Oğlum atasından çox qorxur, məndən 40-50 faiz çəkinir. Artıq görəndə ki, oğlan uşağıdır, sözümdən çıxır, bir kəlimə deyirəm ki, atana yazacam. Və atadan zəng gələn kimi çox ağıllı bir uşaq olur. 17 yaşımda keçmiş həyat yoldaşım məni qaçırmışdı. Bu gün o, insan ailəlilidir, haqqında danışmaq istəmirəm, Allah xoşbəxt eləsin, evlilik həyatı daimi olsun".

Müğənni aparıcının "Ayrılmaq səbəbiniz xəyanət idimi?" sualına isə "Bu mövzunun ətrafında dolaşmaq istəmirəm. Biz evləndikdən sonra xaricə getmişdi, onun orada ailəsi var idi. Bunu bildikdən sonra bizdə münasibətlər soyumağa başladı və sonra bitdi. Efirdə dedilər ki, həbs həyatı yaşadığına görə həyat yoldaşından ayrılıb. Mənim yuvamı yıxdılar, mən bunu heç bir qadına yaşatmaram. Çünki insanın duyğuları, hissləri ilə oynamaq olmaz",-deyə cavab verib.

Qeyd edək ki, Damla Ceyhun Əliyev adlı şəxslə evli olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər