“Rast” qrupunun yaradıcısı və rəhbəri, Əməkdar artist Rəşad Haşımov oğlu Mircamal Haşımovla müğənni Mehin Hümbətova üçün "Sevgi" adlı mahnı yazıblar.
Teleqraf.com xəbər verir ki, ötən gün ictimaiyyətə təqdim edilən bəstə dostluğun sevgiyə çevrilməsindən bəhs edir.
“Mahnı üç illik dostluğumun sevgiyə çevrilməsindən sonra ərsəyə gəldi. Adətən deyirlər ki, dostluq sevgiyə çevirilə bilməz. Sizə dəyər verən və xoşbəxt edən biri ilə sevgi münasibəti yaşaya bilərsiz”, - deyə Mehin bildirib.
Klip rejissor Emin Muradovla əməkdaşlığın məhsuludur. Layihənin prodüseri tanınmış aktrisa Sevinc Əliyevadır.
Müğənni üç obrazda kamera qarşısına keçib. Onun stili üzərində stilist Syama çalışıb.