15 İyun 2021 12:24
2 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Mətanət Əliverdiyeva müğənni Manaf Ağayevin "Həmin Zaur" verilişində jurnalistləri tənqid etməsini pisləyib.

Teleqraf.com xəbər verir ki, aparıcı Mətanət Əliverdiyeva Manaf Ağayevin cavabını verib: "Asif Bağırov və İlqar Mikayıloğlu Çeçenistan müharibəsini görüb, Qarabağda döyüşən, kontuziya almış insanlar olublar. Digər verilişlərdə bəzi müğənnilər "Jurnalistlər bizim dostumuz deyil, Allah etməsin... Onlardan bizə dost olar?" deyib. Biz sizi öz sıramıza qəbul edirik, ya yox?! Heç olmasa yaxın günlərdə Kəlbəcərdə dünyasını dəyişən jurnalistlərimizə hörmət edin.

Əgər siz kimlərlə qarşılaşmısınızsa, özünüz kimi qeyri-peşəkar müğənni və jurnalistlərdir. Çox ayıb olsun, jurnalistləri heç vaxt təhqir etməyin. Onlar canlarını qoyan insanlar olub. Şəhid jurnalistlərimizə Allah rəhmət eləsin. Özünüzü fikirləşib, qarşınızdakını təhqir etməyin. Biz sizi özümüzə dost sayırıq?!"

Mətanət Əliverdiyeva verilişin aparıcısı Zaur Kamala da ismarış göndərib: "Aparıcılardan da xahiş edirəm, qarşınızdakına sual verəndə aciz qalmayın. Şükür Allaha ki, məni bu cür yaradıb, başı uca... Heç kimin qarşısnda aciz deyiləm".

Qeyd edək ki, Manaf Ağayev Arb televiziyasında "Jurnalistlər bizim dostumuz deyil, Allah etməsin. Onlardan bizə dost olmaz"-deyib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər