17 İyun 2021 12:20
2 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya ulduzu Jan Klod Van Dammın oğlu Kris van Damm azərbaycanlı musiqiçi Suada Hacızadə ilə ailə qurub.

Teleqraf.com xəbər verir ki, Kris Van Damm musiqiçi Suada Hacızadə ilə nikah masasına əyləşib.

Suada Hacızadə İnstaqramda Kris Van Damm ilə evləndiyini təsdiqləyib.

Cütlüyün "TikTok" sosial şəbəkəsində tanış olduğu iddia edilir.

Suada Hacızadə fortepiano ifaçısıdır. Ölkəmizi beynəlxalq müsabiqələrdə təmsil edib.

Qeyd edək ki, Kris van Damm aktyor və kinorejissordur.


Müəllif: Rəqsanə Həsənova