18 İyun 2021 14:19
3 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şairə Nazilə Səfərli aparıcı Xoşqədəm Hidayətqızının şikayətinə əsasən hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasına münasibət bildirib.

Nazilə Səfərli Teleqraf.com-a açıqlamasında yayılan məlumatları təkzib edib: "Bu xəbərdən məlumatsızam, 500 manat cərimə ödəməmişəm. Əgər həqiqətən də belə bir cərimə ödəməli olsam, ödəniş qəbzini sosial şəbəkədə paylaşaram. Məni çox önəmsədiyi üçün və daim gündəmdə saxladığı üçün Xoşqədəmə minnətdaram".

Qeyd edək ki, mətbuatda Nazilə Səfərlinin Xoşqədəm Hidayətqızının şikayəti əsasında Nizami rayon Polis İdarəsi tərəfindən saxlanıldığı və məhkəmənin qərarına əsasən 500 manat məbləğində cərimə olunduğu qeyd edilib.


Müəllif: Rəqsanə Həsənova