29 İyun 2021 18:26
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə xərçəng xəstəliyindən üçüncü dəfə əməliyyat keçirən xalq artisti Ağadadaş Ağayev vətənə dönür.

Teleqraf.com xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran sosial şəbəkədə məlumat verib.

O, "Bu gün Ağadadaş Ağayev vətənə qayıdır. Özü də sağlam, gümrah...", - deyə vurğulayıb.

Qeyd edək ki, Ağadadaş Ağayev Türkiyədə özəl klinikaların birində əməliyyat edilib.



Müəllif: Rəqsanə Həsənova