Müğənni Eldar Qasımov MTV Azərbaycan kanalında yayımlanan “Üzə-düz” verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Eldar Qasımov şəxsi həyatından danışıb: "Dostlarım deyir ki, subaylığın daşını nə vaxt atırsan? Xanımsız da xoşbəxtəm. Həyatımda elə gözəl insanlar var ki... Əsas da işim var, bu, məni qanadlandırır, uçurur. Hər bir insanın həyatında eniş-yoxuş olur, amma naşükürlük etmək olmaz. İndi xoşbəxtəmsə, nəyə görə risk etməliyəm? Nəinki ailə həyatı, ümumiyyətlə, münasibətlər riskli bir şeydir. Kiminləsə münasibətdə olmaq istəyəndə yenə də tərəddüd edirəm. Baxıram, götür-qoy edirəm, bir gün yazıram, beş gün yazmıram, sınayıram. Xoşbəxt cütlük görəndə deyirəm ki, kaş məndə də olaydı. Uşaqları çox sevirəm, dostlarım deyir ki, məndən çox yaxşı ata olar".
Müğənni şou-biznesindən də danışıb: “Avroviziyada iştirak etməsəydim, heç vaxt Azərbaycan şou-biznesinə qatılmazdım".
Müğənni Nigar Camal ilə münasibətindən də söz açıb: “Müsabiqədən sonra mənə deyirdilər ki, Nigar Camal ilə nə zaman evlənirsiz? Təəccüblənirdim".