1 İyul 2021 13:27
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xərçəng xəstəliyi ilə mübarizə aparan və Türkiyədə üç dəfə əməliyyat olunan Xalq artisti Ağadadaş Ağayev müalicədən sonra ilk dəfə efirə çıxıb.

Teleqraf.com xəbər verir ki, Ağadadaş Ağayev Azad Azərbaycan Televiziyasında səhhətindən danışıb:

"Xəstəlik zamanı bütün yaxınlarımla, doğmalarımla pozitiv oldum. Onları yüklənməyə qoymadım, dəstək oldum, təsəlli verdim. Hətta həyatda insan yaxşı adam olmasa belə, Allaha təslim olursan. Bu zaman isə nə maddi, nə də mənəvi problem yaşaya bilməzsən. Bu yaşıma qədər qarışqanı belə əzmirdim, bundan sonrakı həyatımda da diqqət edəcəm".

Qeyd edək ki, Ağadadaş Ağayev Türkiyədə özəl klinikaların birində əməliyyat edilib. O, yaxın günlərdə vətənə qayıdıb.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər